Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır
07 may 2015 10:57 (UTC +04:00)

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

ASC-dən Lent.az-a verilən məlumata görə, bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin “Böyükşor” yol qovşağından “Suraxanı” yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112
avatar

Oxşar yazılar