Bakıda və Abşeron yarımadasında anomal hava şəraiti davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent. az-a verilən məlumata görə, iyulun 9-da Bakıda və Abşeron yarımadasında havanın hərarəti iqlim normasından 2,6 dərəcə yüksək olub.
Qeyd edək ki, iyulun 8-də də havanın hərarəti iqlim normasından 1,5 dərəcə yüksək olub.