Həmyerlisini dələduzluqda ittiham edir: [b]“Heç kimə borcum yoxdur”[/b]
11 sentyabr 2015 17:42 (UTC +04:00)

Həmyerlisini dələduzluqda ittiham edir: [b]“Heç kimə borcum yoxdur”[/b]

Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlunun Lent.az-a məktub göndərib. Onun dediyinə görə, 6 il əvvəl dələduzluğun qurbanı olub. Belə ki, Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində götürdüyü qızıl-zinət əşyalarının pulunu hələ də geri qaytarmayıb.

İddia ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Dələduzluqda ittiham edilən Zaur Məmmədov ondan şikayət edən Elnur Ağayevin ruhi xəstə olduğunu deyir: “Onun ucbatından o polis şöbəsi qalmayıb ki, getməyim. Aldığım qızıl-zinət əşyalarının pulunu çoxdan qaytarmışam. Heç kimə borcum yoxdur”.

Qeyd edək ki, məsələ ilə əlaqədar DİN-in mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə “Bizim yol”a açıqlamasında polis əməkdaşlarının Zaur Məmmədovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri tədbirlər həyata keçirdiyini bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar