Həbslər Səhəndə getməyi əngəlləyə bilmədi
30 iyun 2013 03:23 (UTC +04:00)

Həbslər Səhəndə getməyi əngəlləyə bilmədi

Güney Azərbaycanın Urmiya şəhərində kütləvi həbslərə baxmayaraq, milli-mədəni fəallar Səhənd dağı yamaclarında yığıncaq keçirməyə nail olub.

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumata görə, iyunun 26-da dünyada işgəncələrə qarşı mübarizə günü və mərhum doktor Məhəmmədtağı Zehtabinin vəfatının növbəti ilini ağırlamaq məqsədi ilə Səhənd dağı yamaclarında yığıncaq keçirilib.

 

Azərbaycanlı fəallar Urmiyada saxlanılan fəallarla bağlı öz rahatsızlıqların dilə gətirib və fəallara qarşı işgəncələrin, basqıların qəbuledilməzliyini vurğulayıblar.

Mərasimdə bir neçə fəal çıxış edib, Azərbaycan musiqisi ifa olunub və milli havaların sədası altında rəqs edilib.

Tədbirin sonunda iştirakçılar  bütün siyasi, vicdan məhbuslarının azadlığını tələb edib, bu haqda bəyanat oxunub.

Xatırladaq ki, Səhənd dağı yamaclarına getmək istəyən Urmiya şəhərində bir qrup İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Saxlanılan 36 nəfərdən 6-sı hələ də həbsdədir. 30 nəfər isə artıq sərbəst buraxılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Oxşar yazılar