Aprelin 3-dən ölkə ərazisində hava yenə pisləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, aprelin 3-ü gündüzdən 4-ü səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, yağış yağacağı, dağlıq rayonlarda sulu qar, qara keçəcəyi, havanın temperaturunun ötən günlə müqayisədə 3-5 dərəcə aşağı düşəcəyi gözlənilir.
Aprelin 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.
Aprelin 2-3 -də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 2-də arabir güclənən giləvar küləyinin ayın 3-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.