Mayın 15-də Bakı və Abşeron yarımadasında əsasən buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 16-21dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı , arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşmə ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 18-23 dərəcə, dağlıq rayonlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.