33 dərəcə isti - <span style="color:red;">Sabahın havası
22 sentyabr 2015 12:39 (UTC +04:00)

33 dərəcə isti - Sabahın havası

Sentyabrın 23-də Bakıda  və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən  yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 26-31dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən  yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 10-14, gündüz 23-28 dərəcə isti olacaq.

 

Yaxın 4 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti və meteoloji amillərin normal  sutkalıq gedişi meteohəssas insanlar üçün  əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar