“Mənim Məhəmməd adlı nə köməkçim olub, nə də mühafizəçim”. Bunu Lent.az-a açıqlamasında “Əbu Bəkir” məscidinin imam cüməsi Hacı Qamət deyib. Hacı onu da qeyd edib ki, Məhəmmədin ölüm xəbərini mücahidlərə aid saytlardan oxuyub: ”Məhəmmədi tanıdım. 6-7 il əvvəl 2-3 ay məscidə gəlib getdi. O zaman onun təqribən 28-29 yaşı olardı. Hiss etdim ki, fikirləri yanlışdı. Cihad həvəsindəydi. Hazırda döyüşlər gedən yerdə cihad etmək bizim şəriətə görə yanlışdı. İstəyirdim onu uzaqlaşdıram, özü çıxıb getdi”.
Qeyd edək ki, azvision.az saytı “Əbu Bəkir” məscidinin imam cüməsi, habelə Azərbaycandakı sələfilərin lideri hesab edilən Hacı Qamət Süleymanovun Məhəmməd adlı köməkçisinin Əfqanıstanda öldürüldüyü xəbərini yayıb.