Gürcüstanda azərbaycanlı gənclər mükafatlandırıldı
28 noyabr 2017 22:56 (UTC +04:00)

Gürcüstanda azərbaycanlı gənclər mükafatlandırıldı

Gürcüstan prezidenti administrasiyasında azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində erkən nikahın qarşısının alınması ilə bağlı həyata keçirilmiş layihənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, layihə Gürcüstan prezidentinin ehtiyat fondunun maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və Niderland səfirliyi tərəfindən həyata keçirilib.

Layihə çərçivəsində azərbaycanlı gənclər Kvemo Kartlinin 90 məktəbində yuxarı sinif şagirdləri ilə görüşlər keçirib. Görüşlərdə erkən evliliklə bağlı maarifləndirici məlumatlar və broşürlər  təqdim olunub.

 

Tədbirdə çıxış edən Gürcüstanın birinci xanımı Maka Çiçua erkən nikahın mənfi fəsadlarından  danışıb. Onun sözlərinə görə, erkən nikahların qarşısının alınması çox vacibdir: “Gürcüstan prezidenti qadınların hüquqlarının qorunması və erkən nikahların qarşısının alınmasına hər zaman dəstək olmağa hazırdır. Erkən nikah kimi ciddi problemlə cəmiyyətin fəal iştirakı olmadan mübarizə aparmaq mümkün deyil”.

 

Tədbirin sonunda layihə iştirakçılarına və ən yaxşı esse, ən yaxşı rəsm, ən yaxşı foto müsabiqələrinin qalibləri mükafatlandırılıb.

# 158
avatar

Oxşar yazılar

Sabah üçün tibbi-meteoroloji  PROQNOZ

Sabah üçün tibbi-meteoroloji PROQNOZ

23 aprel 2024 , 15:26
Narkotik artıq  məktəblərə yol tapıb   - Siyavuş Novruzov

Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov

23 aprel 2024 , 14:33
30 dərəcə istidən sonra  şaxtalı hava

30 dərəcə istidən sonra şaxtalı hava

23 aprel 2024 , 14:11
Vüqar Səfərli də ƏFV istəyir

Vüqar Səfərli də ƏFV istəyir

23 aprel 2024 , 14:09
Aprelin 23-nün  ən xoşbəxt   BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız  var

Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var

23 aprel 2024 , 13:48
Sabah  30 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 30 dərəcə isti olacaq - HAVA PROQNOZU

23 aprel 2024 , 12:48
Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

23 aprel 2024 , 10:59
Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

23 aprel 2024 , 09:13