Gənclərin GMO məhsulları ilə bağlı maariflənməsinə dair debat keçirilib
07 aprel 2014 16:07 (UTC +04:00)

Gənclərin GMO məhsulları ilə bağlı maariflənməsinə dair debat keçirilib

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti  yanında Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gəncləri GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr və bu sahədəki qanunvericilik aktları barədə maarifləndirmək” layihəsi çərçivəsində debat keçirib.

Debatda Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və Sənaye nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdşları, gənclər təşkilatları, fəal gənclər və ekoloji mövzuda yazan jurnalistlər iştirak ediblər.

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, layihənin həyata keçirilməsində məqsəd  gənclərin GMO məhsullar, bu məhsulların insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr və Azərbaycanda bu istiqamətdə qanunvericilik sahəsində atılan addımlar barədə məlumatlandırmaq, yazılı və elektron KİV-ləri bu sahədə maarifləndirmə işlərinə cəlb etməkdir. Tədbirdə çıxış edən Vahid Əhmədov bildirib ki, GMO məhsulların Azərbaycan bazarında  geniş yayılması həm də milli təhlükəsizlik məsələsidir və bu problemlə mübarizəni təkcə dövlət orqanlarının üzərinə atmaq düzgün deyil. Millət vəkili qeyd edib ki, Azərbaycan qanunvericiliyi GMO məhsullarının ölkəyə ixracı və satışını qadağan etsə də, hazırda əhalinin istehlak etdiyi ərzaq və meyvə-tərəvəzin böyük əksəriyyəti xarici ölkələrdə yetişdirilmiş GMO məhsullarıdır. Son illər bu məhsullara qarşı mübarizə tədbirləri gücləndirilsə də, hələ ki, lazımi nəticə əldə olunmayıb. Millət vəkili nəzərə çatdırıb ki, insan sağlamlığı üçün ciddi təhlükə yaradan GMO məhsullarının Azərbaycana daxil olmasının qarşısının alınmasında əsas yük Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərinə düşür. Dövlət Komitəsi sərhəd-gömrük məntəqələrində Azərbaycana daxil olan məhsulların keyfiyyətini ölçmək üçün xüsusi laboratoriyalar quraşdırmalıdır. Vahid Əhmədov Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul olunana qədər özünü ekoloji təmiz məhsullarla təmin etməsini zəruri sayıb, çünki ÜTT-yə üzv təşkilatlar məhsulların ölkəyə idxalına qadağa qoya bilməz. O, cəmiyyəti də bu sahədə fəal olmağa, geni dəyişdirilmiş məhsullardan imtina etməyə çağırıb.

 

Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları da GMO məhsullarla bağlı bu qurumlar çərçivəsində görülən işlərdən danışıblar.  “Gen mühəndisliyi haqqında” qanunun qəbulu da zəruri sayılıb.

Tədbirin sonunda “Gəncləri GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr və bu sahədəki qanunvericilik aktları barədə maarifləndirmək” layihəsi çərçivəsində jurnalistlər arasında müsabiqə elan edilib. Onlayn və yazılı mediada dərc olunacaq yazılar üçün həcm məhdudiyyəti qoyulmayıb. Qaliblər mükafatlandırılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516
avatar

Oxşar yazılar