Bakı-Sumqayıt qatarına daş atıb  pəncərəni sındıranlar saxlanıldı - YENİLƏNİB
31 oktyabr 2025 17:38 (UTC +04:00)

Bakı-Sumqayıt qatarına daş atıb pəncərəni sındıranlar saxlanıldı - YENİLƏNİB

2

Oktyabrın 30-da Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar. 

DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Lent.az-a bildirib ki, əməli törədənlər 15 yaşlı iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar. Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.

***
10:49

Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Lent.az-a verilən məlumata görə, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.

Xatırladaq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada aşkar edilir və qanunvericiliyə uyğun olaraq cəzalandırılır.

“ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır”, - məlumatda qeyd olunur.

ADY-nin qatarlarına hərəkətdə olarkən daş atılıb, pəncərə sınıb - FOTO

ADY-nin qatarlarına hərəkətdə olarkən daş atılıb, pəncərə sınıb - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1112

Oxşar yazılar