"Gənclər günü"ndə 15 dərəcə isti olacaq
01 fevral 2016 12:18 (UTC +04:00)

"Gənclər günü"ndə 15 dərəcə isti olacaq

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 4-7 dərəcə, gündüz  8-13 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı , gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi yerlərdə sulu qa, qar yağacağı gözlənilir. Ayı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək.               .

 

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan  4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti ,  yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz  2-6 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar