Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində kənd təsərrüfatı və ərzaq məhsulları növbəti satış yarmarkası keçirilib. Lent.az-ın məlumatına görə, yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof , müxtəlif çeşiddə yağlar, makaron və s. təqdim edirlər.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev vurğulayıb ki, yarmarkanın təşkilində məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır: “Yarmarkada məhsullar alıcılara bazar qiymətlərindən dəfələrlə ucuz qiymətə satılır. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının mütəmadi təşkil olunması davam etdiriləcək”.
Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında təqdim olunan məhsulların qiymət cədvəli:
Un (50 kq) 21 manat
Un (25 kq) 10 manat 50 qəpik
Un (10 kq) 4 manat
Un (5 kq) 2 manat
Mal əti (kq-la) 5 manat
Qoyun əti (kq-la) 6 manat
Yumurta (ədədlə) 10 qəpik
Toyuq (kq-la) 2 manat 25 qəpik
Kartof 60 qəpik
Soğan 54 qəpik
Makaron (5 kq) 3 manat 50 qəpik
Makaron (1 kq) 80 qəpik
Makaron (500 q) 45 qəpik
Kampot 1 manat 60 qəpik
Sultan düyüsü (1 kq)
Sultan düyüsü (2 kq)
Çinar qarğıdalı yağı 3 manat 3 qəpik
Final semiçka yağı 2 manat 70 qəpik
Berqa çayı (100 q) 1 manat 49 qəpik
Qeyd edək ki, Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütəmadi təşkil olunur.