Gəncə şəhərində binaların fasadlarına vurulan poliuretan üzlüklərin sökülməsinə başlanılıb.
Lent.az “report”a istinadən xəbər verir ki, Bakının Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş verən faciəli yanğın hadisəsindən sonra Gəncə şəhərində də təhlükəsizlik tədbirləri gücləndirilib.
Hazırda şəhərdə İcra Hakimiyyətinin xüsusi göstərişi əsasında 15-ə yaxın 9 və 5 mərtəbəli binanın yanmağa həssas olan üzlükləri sökülür.
Söküntü işləri başa çatdıqdan sonra binaların fasadının hansı üzlüklər ilə üzlənəcəyinə qərar veriləcək.