Gənc xilasedicilərin Beynəlxalq Yarışının yekun mərhələsi keçiriləcək
30 iyun 2013 14:02 (UTC +04:00)

Gənc xilasedicilərin Beynəlxalq Yarışının yekun mərhələsi keçiriləcək

Qəbələdə Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə təşkil olunan Gənc xilasedicilərin Beynəlxalq Yarışının yekun mərhələsi keçiriləcək.

 

APA-nın məlumatına görə, bu gün beynəlxalq yarışın iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Beynəlxalq yarışda 6 ölkədən əsasən 12-18 yaş qrupunda olan 200-dən çox gənc iştirak edir.

 

Qəbələdə keçirilən yekun mərhələdə qalib komandalar müəyyənləşəcək.

 

Beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421
avatar

Oxşar yazılar