Gələn dərs ilinin tətil günləri açıqlandı
24 iyun 2015 17:40 (UTC +04:00)

Gələn dərs ilinin tətil günləri açıqlandı

0

Təhsil Nazirliyi gələn dərs ilində orta ümumtəhsil məktəblərində tətil günlərini açıqlayıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

 

 

Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar;

 

ikinci yarımil - 1 fevral - 14 iyun.

 

 

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

 

 

5 gün payız tətili (16-20 noyabr);

 

5 gün qış tətili (27-31 yanvar).

 

 

İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar