FHN regional tədbir keçirib
28 yanvar 2014 21:26 (UTC +04:00)

FHN regional tədbir keçirib

Yanvarın 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində "Fovqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata kecirilməsi, eləcə də fovqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi (CRM) ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gucləndirilməsi" movzusunda regional seminar-müşavirə keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin, Lənkəran Regional Hidrometeorologiya muəssisəsi, Lənkəran Rayon Təhsil Şöbəsi, Qas istismarı idarəsi, Elektrik Şəbəkəsi, Mərkəzi Rayon Xəstəxanası,  Şəhər Polis Şöbəsi,  Mənzil Kommunal-Təsərrufat İstehsalat Birliyi və Lənkəran Şəhər İcra Hakimiyyəti numayəndələrinin iştirakı etdikləri tədbirdə Cənub Regional Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin Operativ məlumat şöbəsinin rəisi, idarə rəisinin muavini kapitan Musəddiq Əsədov "Azərbaycan Respublikası FHN-nin 2014-cü il üçün qarşıya qoyduğu tapşırıqlarla əlaqədar goruləcək tədbirlərin həyata kecirilməsi zamanı Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gucləndirilməsi" mövzusunda məruzəsi dinlənilib.

 

Daha sonra Mərkəzin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun mudiri Zaur Huseynov "FHN Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gucləndirilməsi məqsədilə hazırlanmış təkliflər" mövzusunda çıxış edib. 

 

Tədbirdə dövlət və bələdiyyə mulkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatı, aşma təhlukəsi olan iri govdəli ağacların, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye qaz doldurma məntəqələrinin muhafizə zonalarında məskunlaşmanın təhlukəli olması, Mərkəzin xidməti ərazisində baş vermiş suda boğulma hadisələrinin səbəbləri, təhlukəli ərazilərdən vətəndaşlar tərəfindən cimərlik kimi istifadə olunmasının qarşısının alınması istiqamətində goruləcək işlərin vacibliyi barədə geniş söz açılıb. Sonra muvafiq idarə və muəssisələrin numayəndələrinin məlumatları dinlənilib. Çıxışlarda irəli surulən muddəaların interaktiv formatda konseptual təhlili keçirilib, qeyd olunan məsələlərin həlli istiqamətində goruləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib.

 

Sonda "Fovqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!", "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!" mövzularında hazırlanmış vərəqə və yaddaş kitabçaları paylanıb, Mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin torətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yuksək gərginlikli hava elektrik oturucu xətlərinin muhafizə zonalarında yerləşən fərdi yaşayış evləri, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və muxtəlif təyinatlı obyektlərlə bağlı foto slaydlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562
avatar

Oxşar yazılar