FHN əməkdaşları üçün növbəti yaşayış binası istifadəyə verilib
22 iyul 2016 18:21 (UTC +04:00)

FHN əməkdaşları üçün növbəti yaşayış binası istifadəyə verilib

İyulun 22-də FHN əməkdaşları üçün inşa edilmiş növbəti yaşayış binası istifadəyə verilib. Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, mərasimdə fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev iştirak edib.

 

Çıxış edən nazir müavini Faiq Tağızadə bildirib ki, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Prezident İlham Əliyevin nazirliyin əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğı nəticəsində müasir tələblərə cavab verən və hər cür şəraiti olan mənzillər istifadəyə verilir. Mənzil alan əməkdaşları təbrik edən nazir müavini əmin olduğunu bildirib ki, dövlətin bu dəyərli hədiyyəsi onların daha əzmkar fəaliyyət göstərmələrinə əlavə təkan verəcək.

 

Yeni mənzil alanlar adından çıxış edən Fövqəladə Hallar Nazirliyinin zabiti baş leytenant Rafael Haqverdiyev və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş daxili xidmət baş çavuşu Zaur Eyvazovun atası Tahir Eyvazov nazirliyin əməkdaşlarının və onların ailələrinin sosial problemlərinin həllinə göstərdiyi diqqətə görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib. 

 

Sonra yaşayış binasının rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 129
avatar

Oxşar yazılar