Çimərlik mövsümü açıldı
01 iyun 2015 16:02 (UTC +04:00)

Çimərlik mövsümü açıldı

 İyunun 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) Buzovna xilasetmə məntəqəsində 2015-ci il yay çimərlik mövsümünün açılışı ilə əlaqədar tədbir keçirib.

 

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə bildirilib ki, 2015-ci il yay çimərlik mövsümündə sularda xilasetmə işlərinin daha keyfiyyətli aparılması məqsədilə kadrların hazırlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilib, çimərliklərdə həm Azərbaycan, həm də ingilis dilində xəbərdaredici və maarifləndirici lövhələr quraşdırılıb.

 

Eyni zamanda, vətəndaşlarla aparılan təbliğat, maarifləndirmə işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, təhlükəsizlik üçün xilasetmə texnika və avadanlıqlarının, dalğıcların olduğu rəsmi çimərliklərdən istifadə edilməsi tövsiyə olunub.

 

Qeyd olunub ki, ardıcıl olaraq həyata keçirilən tədbirlər nəticəsində son dörd ildə FHN-in xilasedicilərinin fəaliyyət göstərdiyi rəsmi çimərliklərdə suda boğulma hadisəsi qeydə alınmayıb. Çimərlik mövsümündə suda boğulma hallarının qeyri-çimərlik ərazilərində baş verdiyini nəzərə alaraq, vətəndaşların bu ərazilərdə istirahət etməmələri tövsiyə olunur.

 

Tədbirdə xilasedicilər suda boğulanların xilası və ilk tibbi yardımın göstərilməsi bacarıqlarını nümayiş etdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar