“Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet informasiya portalı (www.fhn.gov.az) mükafat alıb.
APA-nın xəbərinə görə, “Netty-2015” Azərbaycan Milli İnternet Mükafatının "ən yaxşı dövlət saytı" nominasiyasının builki qalibi FHN-nin internet resursu olub. Mükafatı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təqdim edib.
Qeyd edək ki, “Netty-2015” Azərbaycan Milli İnternet Mükafatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur.
Bu ilki mükafat uğrunda 16 nominasiya üzrə 303 sayt arasından seçim edilib.