6-9 iyul tarixlərində Bakı şəhər Şağan Olimpiya kompleksində sambo üzrə yeniyetmələr və gənclər arasında çempionat keçirilib. Lent.az-ın məlumatına görə, çempionatda 35 komanda və 450 idmançı birincilik uğrunda mübarizə aparıb.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən Elçin Heybətov 82 kq və Tural Hüseynov 90 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüblər.
9-10 iyul tarixlərində isə Pirşağı "Həyat" çimərlik və Voleybol Mərkəzində Çimərlik voleybolu üzrə açıq respublika çempionatı keçirilib. Yarışda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da iştirak edib. Çempionatda 12 komanda və 24 iştirakçı təmsil olunub. Nazirliyinin əməkdaşları Cəlil Cəlilov və Vüqar Bayramov 2-ci yerə, Ülvi Rəcəbli və Cavid Süleymanov isə 3-cü yerə layiq görülüblər.