FHN-dən əhaliyə xəbərdarlıq
23 iyul 2013 18:20 (UTC +04:00)

FHN-dən əhaliyə xəbərdarlıq

Küləkli və dalğalı havada dənizdə çimmək tövsiyə olunmur


 

Fövqəladə Hallar Nazirliyi növbəti dəfə əhaliyə xəbərdarlıq edib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin proqnozuna əsasən, iyulun 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə olunacağını nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi istirahətini dəniz kənarında, çimərliklərdə keçirən insanlara şəxsi təhlükəsizliyin qayğısına qalmağı, küləkli və dalğalı havada dənizdə çimməməyi tövsiyə edir: “Küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir!”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

Oxşar yazılar