Prezident İlham Əliyev
09 oktyabr 2026 10:35 (UTC +04:00)

Prezident İlham Əliyev

Dövlət başçısı: Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi

0

“Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi. Yarışlar ölkəmizin eyni vaxtda yeddi şəhərini əhatə etdi”.

APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, MDB-yə üzv dövlətlərdən, eləcə də dünyanın digər ölkələrindən gəlmiş minlərlə idmançı və qonaq Azərbaycanda keçirdikləri 11 gün ərzində ölkəmizi və xalqımızı daha yaxından tanıyıb.

“Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından çox-çox kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır”, – Prezident İlham Əliyev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar