Müdirini və ərini öldürüb meyitləri restoranda yandırdı
09 oktyabr 2026 11:22 (UTC +04:00)

Müdirini və ərini öldürüb meyitləri restoranda yandırdı

0

Rusiyanın Vladivostok şəhərində restoran sahibi olan ər-arvadı qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edilib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, şübhəli şəxs barəsində 1 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisə oktyabrın 7-də baş verib. Restoranda yanğın olması barədə məlumat daxil olduqdan sonra əraziyə xilasedicilər cəlb edilib. Yanğının söndürülməsi zamanı binada zorakılıq əlamətləri olan kişi və qadın meyitləri aşkarlanıb.

Araşdırma zamanı ölən ər-arvadın restoran sahibləri olduğu müəyyən edilib.

Onların işçisi cinayətdə şübhəli bilinərək saxlanılıb.

İlkin məlumata görə, işçi ilə restoranın sahibi olan qadın arasında mübahisə yaranıb. Mübahisə zamanı şübhəli şəxs qadına bir neçə bıçaq zərbəsi endirərək onu öldürüb.

Bundan sonra restorana gələn qadının həyat yoldaşı da hücuma məruz qalıb. Şübhəli şəxs onu beysbol dəyənəyi ilə döyərək qətlə yetirib.

Cinayətin izlərini gizlətmək və hadisəni bədbəxt hadisə kimi göstərmək məqsədilə kişi meyitlərin üzərinə tezalışan maye tökərək onları yandırıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin iki nəfərin qəsdən öldürülməsini nəzərdə tutan 105-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanılıb.

İstintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar