Ümumtəhsil məktəblərində evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə, eyni zamanda tibb müəssisələrinə aparıb-gətirmək üçün hər ay müavinət ödəniləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,ödəniləcək müavinətin məbləği 20 manat təşkil edir.
Nazirlər Kabinetinin 15 aprel tarixli 108 nömrəli qərarına uyğun olaraq, müavinətlər fevral ayından hesablanacaq və onların ödənilməsi yerli təhsil qurumları tərəfindən həyata keçiriləcək.