İqtisadiyyat Nazirliyində ət və süd məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 15 istehsalçı müəssisə nümayəndələrinin iştirakı ilə keçirilib.
Nazirliyindən Lent.az-a verilən məlumatına görə, görüşdə dövlət başçısı tərəfindən kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xüsusi diqqət göstərildiyi vurğulanmış, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər görüldüyü qeyd edilib.
Tədbirdə ət və süd məhsulları istehsalı sahəsinin inkişafı, bu məhsullara olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması imkanları və istehsalçıları maraqlandıran məsələlər barədə müzakirələr aparılmışdır.
Müəssisələrin nümayəndələri yerli məhsulların maya dəyərinə təsir edən əsas amillər –yem komponentləri, qablaşdırma və emal prosesində istifadə olunan materialların və istehsal təyinatlı avadanlıqların idxalına güzəştlərin tətbiq edilməsi, ölkədə yem istehsalı üçün əlavə əkinə yararlı torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, yerli istehsalın dəstəklənməsinin gücləndirilməsi və s. barədə təkliflər səsləndiriblər.
İş adamları keçirilən müzakirələrin sahibkarlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb, özəl bölmənin inkişafı üçün yaradılmış əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.