Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura yaradıldı
29 sentyabr 2015 11:41 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hüquqi aktların qəbulunda və fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə nazirlik yanında İctimai şuranın yeni tərkibi müəyyənləşib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qeyri-hökumət təşkilatlarının bilavasitə iştirakı ilə şəffaf şəraitdə reallaşan seçkilərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 15 vətəndaş cəmiyyəti institutundan ibarət İctimai şura yaradılıb.

Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar