Əmək pensiyaçılarının 335506 nəfəri ahıllardır
01 oktyabr 2015 10:55 (UTC +04:00)

Əmək pensiyaçılarının 335506 nəfəri ahıllardır

0

 

Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 335 506 nəfəri ahıl vətəndaşlardır. Onlardan 203526  nəfəri qadın, 131980 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 246868 nəfəri 70-80 yaş arası, 81414 nəfəri 80-90 yaş arası, 7224 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, 1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil artır, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və onların pensiyalarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ahıl pensiyaçıların problemləri daim diqqət mərkəzində saxlanılır və onların pensiyalarının təyinatı, vaxtında və ən mütərəqqi metodlarla ödənilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması təmin olunub. Bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın bankomat fəaliyyət göstərir.

Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək prezident İlham Əliyev tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 9 sərəncam verilib, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib. Pensiyaların artırılması istiqamətində görülən davamlı tədbirlər bütün ahıl pensiyaçıların yoxsulluq səviyyəsindən yuxarı olan pensiya məbləğləri almalarına gətirib çıxarıb. Hazırda bu qəbildən olan vətəndaşların yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 194,4 manat təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar