AMEA-da struktur dəyişikliyi
20 iyul 2016 13:57 (UTC +04:00)

AMEA-da struktur dəyişikliyi

Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutları birləşdirilib. Bu barədə  Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar verib. Lent.az-ın Elmlər akademiyasının saytına istinadən verdiyi məlumata görə, qərar aşağıdakı kimi olacaq:

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının:

Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilsin və onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılacaq.

Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilib.

Fəlsəfə və Hüquq İnstitutu "Fəlsəfə İnstitutu" adlandırılacaq.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2015, №11, maddə 1426) ilə təsdiq edilmiş "Azərbaycan Milli Elmlər Akademiyasının Strukturu"nda aşağıdakı dəyişikliklər ediləcək:

2.25-ci bənd ləğv edilib;

 

2.29-cu və 2.31-ci bəndlər aşağıdakı redaksiyada veriləcək:

Fəlsəfə İnstitutu;

Hüquq və İnsan Haqları İnstitutu;".

3. Azərbaycan Milli Elmlər Akademiyası bu qərardan irəli gələn məsələləri həll edəcək.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar