Elmin İnkişafı Fondu Naxçıvanda seminar keçirib - FOTO
29 iyun 2013 13:46 (UTC +04:00)

Elmin İnkişafı Fondu Naxçıvanda seminar keçirib - FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu növbəti regional məsləhət seminarını Naxçıvanda keçirib. Fondun icraçı direksiyasından Lent.az-a verilən məlumata görə, seminarda AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Özəl Universitetinin  və digər qurumların əməkdaşları iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib. O, Naxçıvanda qazanılan uğurlardan da söz açıb, regionun bütün sahələrdə potensialının daha da artdığını qeyd edib.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev “Elmin qrantlar yolu ilə maliyyəşdirilməsinin hüquqi aspektləri” məruzəsi ilə çıxış edib. Keçid dövrünü uğurla başa vuraraq davamlı inkişaf edən ölkədə elmə olan xüsusi qayğıdan danışan E.Babayev ölkə prezidenti İlham Əliyevin Azərbaycanın regional elmi mərkəzə çevriləcəyi ilə bağlı bu yaxınlarda verdiyi bəyanatını xatırladıb, bunun üçün alim və mütəxəssislərin, elmin inkişafına xidmət edən bütün qurumların daha effektiv və koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməsinin vacibliyini vurğula. E.Babayev Fondun qrant müsabiqələri və onların növləri, müsabiqələrdə iştirak şərtləri, elmi prioritetlər, qrant üçün ərizə və sənədlərin tərtibatı qaydaları haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Fond əsasən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrinin üstünlük təşkil etdiyi klassik qrant müsabiqələri ilə yanaşı, məqsədli qrant müsabiqələri (“Gənc Alim və Mütəxəssislərin qrant müsabiqəsi”, “Şuşa qrantı”, “Mobillik qrantı”, “İKT qrantı”) də təşkil edir. Böyük maliyyə həcmli pilot layihələri isə elmin müxtəlif sahə və istiqamətlərinin maddi-texniki bazasının ən modern səviyyədə yenilənməsini, xaricdə aparıcı təşkilatlarda milli kadr hazırlığının Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.

E. Babayev bildirib ki, Naxçıvan regionunun elmi potensialı böyükdür və qrant layihələrinin sayı getdikcə artmalıdır. Regiondan xüsusilə humanitar və ictimai elmlər, biologiya və aqrar elmlər üzrə daha çox qrant layihələri təqdim oluna bilər.

Elmin İnkişafı Fondu indiyədək Naxçıvan regionundan kimya, astrofizika, biologiya, Yer haqqında elmlər, humanitar və ictimai elm sahələri üzrə bir sıra qrant layihələrini maliyyələşdirib.  

Elmin İnkişafı Fondu səyyar seminarların regionlarda müntəzəm olaraq keçirilməsini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

Oxşar yazılar