Sentyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “World Vision İnternational” humanitar təşkilatı tərəfindən Masallı rayonunda “Əlilliyi olan şəxslərin sosial hüquqlarının təmin olunmasında mövcud qanunvericiliyin rolu və aparılan islahatlar” mövzusunda regional seminar öz işinə başlayıb. Bu barədə Lent.az-a nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İki gün davam edəcək tədbirdə aidiyyatı dövlət qurumlarının, əlilliyi olan şəxslərlə bağlı regional QHT-lərin, vətəndaş cəmiyyəti institutlarının, KİV-lərin nümayəndələri, əlilliyi olan şəxslər iştirak edir.
Seminarda hüquqşünas və ekspertlərin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı çıxışları dinlənilib.
Daha sonra seminar iştirakçıları tərəfindən qruplar formatında müzakirələr aparılıb, təqdimatlar olub.