Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şəkiyə gedəcək. Bu barədə Lent.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib. Nazir iyunun 21-də Şəkidə vətəndaşları qəbul edəcək. Qəbulda Şəki, Zaqatala, Qax, Balakən, Oğuz, Qəbələ, Mingəçevir sakinləri də iştirak edəcək.