<b>Nazirlik şirkət direktorunu cərimələdi -</b> <span style="color:red;">10 min manat
14 iyul 2016 13:47 (UTC +04:00)

Nazirlik şirkət direktorunu cərimələdi - 10 min manat

0

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin “Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək “Ressan” MMC-nin direktoru vəzifəli şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar