Əhalinin gəlirləri 43 milyard manat olacaq
14 sentyabr 2015 17:14 (UTC +04:00)

Əhalinin gəlirləri 43 milyard manat olacaq

2016-cı il üzrə xidmətlərdə əlavə dəyərin artımı daha yüksək (39,8 faiz) qiymətləndirilir. Belə ki, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətlərində 14,6 faiz, nəqliyyat və anbar təsərrüfatında 3,3 faiz və informasiya və rabitə xidmətlərində 13,5 faiz real artım proqnozlaşdırılır. Lent.az xəbər verir ki, bu barədə gələn ilin proqnozlaşdırılan büdcə layihəsində qeyd edilib.

 

2016-cı ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 18,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 57,8 faizi daxili investisiyaların, 42,2 faizi isə xarici investisiyaların payına düşür.

 

Ümumi investisiyaların 10,8 mlrd. manatının qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur. Növbəti ildə qeyri-dövlət investisiyaları 11,0 mlrd. manat olmaqla, ümumi investisiyaların 58,2 faizini təşkil edəcəyi proqnozlaşdırılır. Dövlət investisiyalarının ümumi investisiyaların tərkibində payının isə 41,8 faiz (7,9 mlrd. manat) olacağı nəzərdə tutulur.

Növbəti ildə əhalinin gəlirlərinin 2015-ci ilin gözlənilən göstəricilərinə nisbətən 1,2 faiz artaraq 43,8 mlrd. manat, xərclərinin isə 0,6 faiz artaraq 34,4 mlrd. manat olacağı proqnozlaşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar