Əfqanıstanda həlak olmuş 43 hərbiçinin ailə üzvünə prezident təqaüdü ayrılıb
07 may 2015 10:31 (UTC +04:00)

Əfqanıstanda həlak olmuş 43 hərbiçinin ailə üzvünə prezident təqaüdü ayrılıb

Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş 43 nəfərin 47 nəfər ailə üzvünə Prezident təqaüdü təyin olunub

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, İlham Əliyevin 2014-cü il 11 avqust tarixli Fərmanına əsasən, cari ilin 1 yanvarından Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə Prezident təqaüdü təyin edilib.

Aylıq 200 manat məbləğində müəyyən olunan Prezident təqaüdü həmin hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin ediləcək. Təqaüd onların sayına bərabər bölünməklə ödənilir.

Həmin təqaüdün təyin olunması üçün vətəndaşlar ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Təqaüdün alınması üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi saytının (mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” alt-bölümündə yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 105
avatar

Oxşar yazılar