Əflatun Amaşov Elmar Hüseynovun qəbrini ziyarət etdi
02 mart 2016 18:14 (UTC +04:00)

Əflatun Amaşov Elmar Hüseynovun qəbrini ziyarət etdi

 

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev 2005-ci ildə qətlə yetirilmiş "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qəbrini ziyarət ediblər.

 

Lent.az-ın məlumatına görə, Ə. Amaşov bu barədə özünün facebook səhifəsində məlumat verib: "Bu gün "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 11 il ötür. Bütün qətllər ağırdır. Ancaq jurnalist qətli toplum üçün daha ağrılıdır. 11 il öncə ağrı və acını yaşadıq, sarsıldıq. Allah ölkəmizə sarsıntılar, ağrı və acılar göstərməsin".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Oxşar yazılar