Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 212500 dəfədən çox istifadə qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, cari ilin aprel ayında ƏƏSMN “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən istifadə sayı 151020 ədəd təşkil edib.
Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 44581 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən 14018 dəfə istifadə olunub.
Hər üç e-xidmət son bir ayda da əhalinin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında ilk yerləri tutub.
Ümumiyyətlə, vətəndaşlar aprel ayında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 212512 dəfə yararlanıb.