Dünya Qəzetçilər Federasiyasının sədri Mətbuat Şurasında olub
28 iyul 2016 15:47 (UTC +04:00)

Dünya Qəzetçilər Federasiyasının sədri Mətbuat Şurasında olub

Bu gün Dünya Qəzetçilər Federasiyasının sədri Menderes Dəmir Azərbaycan Mətbuat Şurasında olub. Lent.az-ın məlumatına görə, qonağı salamlayan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətində türk dünyasını təmsil edən media təşkilatları ilə qarşılıqlı münasibətlər mühüm yer tutur: “Bu münasibətlər yalnız media sahəsi ilə məhdudlaşmır, ümumən ictimai məzmun daşımaqla ortaq dəyərlərimizin təbliğinə istiqamətlənib. Əlbəttə, təbliğat başlıca olaraq mediada aparılmalıdır. Ancaq düşünürəm ki, media qurumları eyni zamanda bizi birləşdirən, xarakterizə edən məsələlərlə bağlı təşəbbüskarlıq da göstərməlidirlər”.

 

M.Dəmir Dünya Qəzetçilər Federasiyasının həyata keçirdiyi Türkdilli Ölkələrin Sənədli Filmlər Festivalı layihəsindən danışaraq deyib ki, festivala filmlərin qəbulu prosesi bu il avqustun 12-də başa çatacaq. Toplanmış ekran əsərlərinin qiymətləndirilməsi aparılacaq. Qalib filmlər türk dünyasının müxtəlif yerlərində nümayiş olunacaq.

 

M.Dəmir həmin filmlərin Azərbaycanda da nümayişinin əhəmiyyətini vurğulayıb və bu baxımdan Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın səmərəli olacağına inandığını deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Oxşar yazılar