Dünən Aeroport yolunda baş vermiş ağır yol nəqliyyat qəzasında yaralanan xəstələrin vəziyyəti yaxşıdır. Bu barədə Lent.az-a Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib. Qəzadan sonra xəstəxanaya yerləşdirilən 21 yaralıdan 16-sı evə buraxılıb. Qalan 5 xəstənin vəziyyəti də yaxşıdır. Reanimasiyadakı xəstələr də palataya yerləşdirilib.
Qeyd edək ki, Aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşın toqquşub. qəzaya səbəb "Toyota Prado" markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxması olub. Belə ki, 90-EJ-790 dövlət nömrə nişanlı "Toyota Prado" yüksək sürətlə avtobusun arxa hissəsinə çırpılıb. Bundan sonra isə avtobus hərəkətdə olan 90 EE 706 nömrə nişanlı "Chevrolet"ə çırpılıb.
Nəticədə 21 nəfər xəsarət alıb.