Mayın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı , əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında axşam və gecə bəzi yerlərdə şişmək çaxacağı , yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 27-32 dərəcə, dağlıq rayonlarda gecə 7 -12, gündüz 18-23 dərəcə isti olacaq.
Mayın 27-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, mayın 28-də atmosfer təzyiqinin bir qədər enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.