DSMF sədri Yevlaxda qəbul keçirəcək
08 may 2015 10:55 (UTC +04:00)

DSMF sədri Yevlaxda qəbul keçirəcək

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev mayın 15-də saat 11:00-da Fondun Yevlax şəhər şöbəsinin inzibati binasında Yevlax, Mingəçevir, Naftalan, Goranboy, Bərdə, Tərtər, Ağdam və Xocalıdan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

 

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34; Yevlax şəhər şöbəsində (02233) 6-29-77; Mingəçevir şəhər şöbəsində (02427) 5-46-59; Naftalan şəhər şöbəsində (02235) 2-25-53; Goranboy rayon şöbəsində (02224) 5-13-00; Bərdə rayon şöbəsində (02020) 5-19-09; Tərtər rayon şöbəsində (02223) 6-34-64; Ağdam rayon şöbəsində (02632) 5-02-52; Xocalı rayon şöbəsində (02224) 7-44-14.

 

 

Qəbulda iştirak edəcək vətəndaşların mayın 15-də DSMF-nın müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

Oxşar yazılar