DSMF sədri Lerikdə 5 rayonun sakinləri üçün qəbul keçirəcək
15 sentyabr 2015 10:10 (UTC +04:00)

DSMF sədri Lerikdə 5 rayonun sakinləri üçün qəbul keçirəcək

0

 

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev sentyabrın 22-də saat 11:00-da Lerik şəhərindəki Mədəniyyət Evində Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

 

           Fondun Aparatında                          (012) 434-12-34

           Lerik rayon şöbəsində                     (02527) 4-40-31

           Lənkəran rayon şöbəsində             (02525) 5-08-59

           Astara rayon şöbəsində                  (02522) 5-13-35

           Masallı rayon şöbəsində                 (02521) 5-46-35 

           Yardımlı  rayon şöbəsində              (02520) 6-12-33

                      

Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 197

Oxşar yazılar