Mərmərə Qrup Strateji və Sosial Araşdırmalar Vəqfinin Prezidenti Dr. Akkan Suver Şeyxülislam Allahşükür Paşazadəyə 19-cu Avroasiya İqtisadi Sammitində iştirakına görə təşəkkür məktubu ünvanlayıb.
QİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məktubun məzmunu aşağıdakı kimidir:
Bütün Qafqazın Şeyxi,
Zati-ailələri Şeyxülislam Allahşükür Paşazadə
Möhtərəm Paşazadə,
Biz, sizin iştirak etdiyiniz 19-cu Avroasiya İqtisadi Sammitinin müvəffəqiyyətlə başa çatmasından çox məmnunuq.
Siz fikirlərinizi bizimlə paylaşdınız və Sizin dərin müdrikliyinizdən yararlanırıq.
Biz fəxr edirik və sizə minnətdarıq.
Bildiyiniz kimi, son on doqquz ildə belə bir tədbirə vətəndaş cəmiyyəti təşkilatının ev sahibliyi etməsinə və keyfiyyətini yaxşılaşdıraraq davamlı inkişaf etdirməsinə, bizim səylərimizlə yanaşı, Sizin göstərdiyiniz dəstək nəticəsində nail ola bilərdik.
Təkrarən, Mərmərə Qrup Fondunu yaradan dostların adından şəxsən Sizə öz dərin minnətdarlığımı bildirmək istərdim və gələn il keçiriləcək 20-ci Avroasiya İqtisadi Sammitində Sizi yenidən görməyi arzu edirəm.
Hörmətlə,
Dr. Akkan Suver
Prezident