Aydın Əliyev Masallıda vətəndaşları qəbul edib
08 yanvar 2016 14:11 (UTC +04:00)

Aydın Əliyev Masallıda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

 

DGK Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

 

Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

 

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar