Sabah Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemi üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanları başlayır. Bu barədə Lent.az-a AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səid Hüseynov bildirib. Onun sözlərinə görə, imtahanlar yanvarın 8-dən başlayacaq və qeyri-iş günlərini çıxmaq şərti ilə yanvarın 29-dək hər gün imtahan olacaq. İlk imtahanlar Xarici dil fənnindən keçiriləcək. Daha sonra isə Fəlsəfə və İxtisas fənlərindən imtahanlar olacaq.
S. Hüseynov deyib ki, bu il fəlsəfə doktoru hazırlığı üzrə 289 nəfər sənəd verib. Elmlər doktoru hazırlığı üzrə və dissertanturaya sənəd qəbulu hər institutun özündə aparıldığından sənəd verənlərin sayı dəqiq bilinmir.
Doktoranturada dərslərin martda başlayacağı gözlənilir.