Diplomatlarımıza xoş xəbər
15 iyul 2013 11:13 (UTC +04:00)

Diplomatlarımıza xoş xəbər

 

 

Nazirlər Kabineti “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişikliklər edib.

 

Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik  Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında çalışan diplomatik xidmət əməkdaşlarının yaşayış yeri ilə təminatı normaları ilə bağlıdır.

 

Dəyişikliyə əsasən, səfir müavini və daimi nümayəndənin müavini üçün yaşayış sahəsinin yuxarı həddi 80 kv.m müəyyənləşdirilib. İndiyə qədər daimi nümayəndənin müavini üçün yaşayış sahəsinin yuxarı həddi 70 kv.m olub, səfir müavini üçün isə yaşayış sahəsi nəzərdə tutulmayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1511
avatar

Oxşar yazılar