Mayın 31-də Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş mini-futbol turnirinə yekun vurulub.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, finalda Xarici İşlər Nazirliyi və Qətər komandaları üz-üzə gəlib və turnirin qalibi XİN komandası olub.
Qeyd edək ki, ikinci yeri Qətər, üçüncü yeri isə Iran və Israil komandaları bölüşüb.
Sonda qaliblər kubok və medallarla təltif edilib.