DGK sədri Gədəbəydə qəbul keçirəcək
17 iyun 2016 11:19 (UTC +04:00)

DGK sədri Gədəbəydə qəbul keçirəcək

 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Gədəbəydə qəbul keçirəcək.

 

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 23-də saat 10:30-da Gədəbəy şəhərində rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında keçiriləcək qəbulda (Heydər Əliyev prospekti 2) bu bölgədən olan vətəndaşların müraciətlərinə baxılacaq.

 

Nəzərinizə çatdıraq ki, qəbul zamanı bölgədə yerləşən rayonların - Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 22-si saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 315-01-54) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Oxşar yazılar