Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən dərsliklərin monitorinqlərinin nəticələri onların gələcək nəşrlərində nəzərə alınacaq.
Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, TQDK I-V sinif dərsliklərinin monitorinqinin nəticələrini nazirliyə təqdim edib. Nazirlik həmin nəticələrlə tanış olub və baxılmaq üçün aidiyyəti nəşriyyat-poliqrafiya müəssisəsinə göndərib.
Dərslik müəllifləri monitorinqin nəticələri ilə bağlı rəylərini Nazirliyə bildiriblər. Bu rəylər də TQDK-ya təqdim olunub.