Dərs buraxan şagird valideyninin 100 manat cərimələnməsi ləğv olundu
15 aprel 2016 14:23 (UTC +04:00)

Dərs buraxan şagird valideyninin 100 manat cərimələnməsi ləğv olundu

Bu gün Milli Məclisin (MM) plenar iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, dəyişiklik 4 ay əvvəl qüvvəyə , İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin ləğv edilməsi ilə əlaqədardır.

 

İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir.

 

Millət vəkili Elmira Axundova Milli Məclisin 4 ay əvvəl qəbul etdiyi qanunun ləğvini düzgün saymayıb. Spiker Oqtay Əsədov isə ötən illərdə çoxlu sayda qanun layihələrinin geri qaytarıldığını xatırladıb: “Elmira xanım, siz bu məsələyə niyə belə reaksiya verirsiniz?”.

 

Məsələ Milli Məclisdə səs verməyə çıxarılaraq qəbul edilib və övladının məktəbə davamiyyətsizliyinə görə valideynin cərimələnməsi nəzərdə tutan cəza ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

APA Baycan

Oxşar yazılar